Gundemxeber.az » Dünya » Rusiya mədəniyyət nazirinin keçmiş müavini həbs edilib
GUNDEMXEBER.AZ xarici mediaya istinadla bildirir ki, Rusiyanın Moskva şəhərinin Basman rayon məhkəməsi ölkə mədəniyyət nazirinin keçmiş müavini Olqa Yarilova barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib.
Bildirilib ki, Olqa Yarilova müavin işlədiyi dövrdə Moskvada “Puşkin xəritəsi” layihəsində iştirak edərək 200 milyon rubldan çox maliyyə vəsaitini ( təxminən 2 500 000 dollar) mənimsəməkdə ittiham olunur. Məlumata görə, ona qarşı dələduzluq maddəsi üzrə cinayət işi başlayıb.
Qeyd edək ki, Olqa Yarilova 2018-2022-ci illərdə mədəniyyət nazirinin müavini işləyib. 2022-ci ildə öz xahişi ilə tutduğu vəzifədən azad edilib.
GUNDEMXEBER.AZ
2-05-2019, 15:00
27-08-2020, 13:06
20-07-2020, 18:02
8-02-2018, 11:47
1-02-2021, 11:04
Sorğu
Yeni dizaynımız necədir?