Gundemxeber.az » Dünya » Beynəlxalq axtarışda olan keçmiş prezident həbs edildi - Foto
Perunun keçmiş Prezidenti Alexandro Toledo ABŞ-dən vətəninə ekstradisiya edildikdən sonra Barbadillo adlı həbsxanaya aparılıb...
GUNDEMXEBER.AZ bildirir ki, korrupsiyada şübhəli bilinən və 25 ilə qədər həbs cəzası gözlənilən siyasətçi 18 ay müddətində nəzarət altında olacaq.
Toledo onun işi üzrə bütün istintaq tədbirləri başa çatana qədər həbsxanada qalacaq.
Müvafiq qərar respublikanın Milli Penitensiar İnstitutu rəsmən elan edilib.
“Keçmiş Prezident Alexandro Toledo artıq Barbadillo həbsxanasında saxlanılır. Keçmiş dövlət liderləri Alberto Fuximori və Pedro Castillo da bu həbsxanadadırlar”, - deyə bununla bağlı məlumatda bildirilib.
Qeyd edək ki, Toledo 2001-2006-cı illərdə Peruya rəhbərlik edib. İstintaq versiyasına görə, o, Braziliya tikinti şirkətlərindən rüşvət alınmasında, çirkli pulların yuyulmasında və pul vəsaitlərinin şəxsi ehtiyacları üçün istifadə olunmasında iştirak edib. O, müvafiq ittihamlar üzrə beynəlxalq axtarışa verilib.
GUNDEMXEBER.AZ
20-10-2018, 12:30
11-05-2021, 14:45
4-01-2018, 21:16
30-06-2017, 13:05
1-04-2015, 22:11
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?