Gundemxeber.az » Dünya » Rusiya XİN Moldova səfirini arzuolunmaz şəxs elan etdi: Nota verildi
Rusiya tərəfi Moldova səfirliyinin əməkdaşını “persona non grata” elan edib. Moldova diplomatik missiyasının rəhbəri Lilian Dariyə müvafiq nota verilib.
GUNDEMXEBER.AZ xarici mediaya istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib.
“Aprelin 25-də Moldova Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Lilian Dari Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Ona rəsmi Kişineu tərəfindən Rusiyaya qarşı davam edən qeyri-dost addımlarla bağlı kəskin etiraz bildirilib. Dariyə nota təqdim edilib. Qeyd edilib ki, Moldova hakimiyyətinin aprelin 19-da Rusiyanın Moldovadakı səfirliyinin əməkdaşının “persona non grata” elan edilməsi ilə bağlı əsassız qərarına cavab olaraq Rusiya tərəfi Moldovadakı səfirliyin əməkdaşını “persona non grata” elan edir”, - deyə nazirlikdən bildirilib.
Rusiya, həmçinin bəzi Moldova rəsmilərinin müntəzəm anti-Rusiya bəyanatlarına, eləcə də Kişineunun Aİ-nin sanksiya siyahılarına daxil edilməsi ilə bağlı fikirlərinə cavab olaraq onların ölkəyə girişini qadağan edəcək.
GUNDEMXEBER.AZ
15-02-2023, 13:32
19-04-2023, 14:57
7-04-2023, 10:34
13-04-2023, 17:27
14-07-2020, 18:30
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?