Gundemxeber.az » Dünya » Sudanda döyüşlər yenidən başlayıb
Sudanda müvəqqəti atəşkəs razılaşmasına baxmayaraq, bəzi bölgələrdə döyüşlər yenidən başlayıb.
GUNDEMXEBER.AZ xarici mediaya istinadla bildirir ki, aprelin 25-i axşam saatlarında Omdurman şəhərində atışma və partlayış səsləri eşidilib. Orada ordu çevik reaksiya qüvvələrinə zərbələr endirmək üçün PUA-lardan istifadə edib.
Bəhri rayonundakı neft emalı zavodundan silahlı qüvvələrin qırıcılarını qovmaq üçün də oxşar zərbələr tətbiq edilib
Xatırladaq ki, aprelin 15-də Sudanın paytaxtı Xartum və bir sıra digər şəhərlərdə ordu ilə çevik reaksiya qüvvələri arasında döyüşlər başlayıb.
GUNDEMXEBER.AZ
5-07-2013, 02:10
18-02-2020, 11:33
14-07-2020, 21:51
6-08-2014, 00:54
7-01-2015, 23:23
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?