Gundemxeber.az » Dünya » Azərbaycan ərazisindəki Rusiya sülhməramlı kontingentinə yeni komandir təyin edilib
Azərbaycan ərazisindəki Rusiya sülhməramlı qüvvələrinə yeni komandan təyin edilib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, aprelin 25-də Rusiya Silahlı Qüvvələrinin Quru Qoşunları Baş Komandanının müavini, general-polkovnik Aleksandr Lentsov Azərbaycan ərazisindəki Rusiya sülhməramlı kontingentinin komandiri təyin edilib.
Bundan əvvəl sülhməramlı kontingentin komandiri general-mayor Andrey Volkov idi. Volkovun fəaliyyəti Azərbaycan tərəfindən tənqid edilirdi.
Ötən il dekabrın 12-dən başlayaraq Azərbaycanın qeyri-hökumət təşkilatlarının nümayəndələri Şuşa şəhərinin ətrafında Rusiya sülhməramlılarının postu qarşısında davamlı etiraz aksiyası keçirir.
Azərbaycanlı mütəxəssislərin Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamasına etiraz edən aksiya iştirakçıları indiyədək Rusiya sülhməramlı kontingentinin komandirinin əraziyə gəlməsini tələb edir. Buna baxmayaraq general Volkov vəzifədən azad edilənədək aksiya iştirakçıları ilə görüşməyib və Azıərbaycan mütəxəssislərinin fgaydalı qazıntı yataqlarında monitorinq aparması təmin edilməyib.
2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri Azərbaycan və Ermənistan arasında döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.
Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyoru, 380 ədəd avtomobil və xüsusi texnikası yerləşdirilib.
Gundemxeber.Az
19-01-2023, 14:35
13-12-2022, 10:15
12-11-2020, 10:36
12-11-2020, 21:28
13-12-2022, 15:56
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?