Gundemxeber.az » Dünya » Ohanyan və daha 12 nəfərin cinayət işi Antikorrupsiya Məhkəməsinə göndərilib
Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan və daha 12 nəfərin məxfi cinayət işi Antikorrupsiya Məhkəməsinə göndərilib.
Bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.
Qeyd edək ki, Ermənistanın keçmiş müdafiə naziri, hazırda parlamentdəki müxalif “Ermənistan” fraksiyasının başçısı Seyran Ohanyan və daha 12 nəfər barəsində cinayət işinin ibtidai istintaqı aprelin 11-də yekunlaşıb.
Xatırladaq ki, S.Ohanyan 2008-2016-cı illərdə Ermənistanın müdafiə naziri olub.
Bir müddət əvvəl Ermənistanın baş prokuroru Anna Vardapetyan bildirib ki, S.Ohanyan 2005 və 2009-cu illərdə Ararat vilayətində hərbi hissənin ərazisinin qanunsuz satılması ilə bağlı iki dəfə əmr verib. Torpağın bir hissəsi 3-cü ordu korpusunun keçmiş komandanı Qriqori Xaçaturova satılaraq Edqar Arşakyanın adına sənədləşdirilib. İkinci hissə isə 2009-cu ildə Norayru Karapetyana satılıb.
S.Ohanyan külli miqdarda dövlət əmlakını mənimsəməkdə, vəzifə səlahiyyətlərindən sui-istifadədə, israfçılıq yolu ilə xüsusilə külli miqdarda əmlak mənimsəməkdə ittiham olunur.
Qeyd edək ki, fevralın 8-də Ermənistan parlamenti S.Ohanyana qarşı cinayət işinin başlanmasına razılıq verib.
S.Ohanyan Rusiyanın 366-cı motoatıcı alayının tərkibində Xocalı soyqırmının törədilməsində iştirak edib.
GUNDEMXEBER.AZ
8-02-2023, 19:13
9-10-2020, 15:35
13-06-2018, 21:18
8-08-2014, 02:43
17-03-2018, 11:47
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?