Gundemxeber.az » Dünya » Rusiya paytaxtında pilotsuz uçuş aparatlarına qadağa qoyuldu
Rusiyanın paytaxtı Moskvada pilotsuz uçuş aparatlarına (PUA) qadağa qoyulub.
GUNDEMXEBER.AZ xarici mediaya istinadla bildirir ki, bu barədə paytaxt meri Sergey Sobyanin “Telegram” hesabında paylaşım edib.
Bildirilib ki, Moskva hakimiyyəti pilotsuz uçuş aparatlarına qadağa qoyub.
“Bu gündən etibarən Moskva şəhərində pilotsuz uçuş aparatlarının buraxılmasına qadağa qoyulması barədə qərar qəbul olundu. Dövlət hakimiyyəti orqanlarının qərarları ilə istifadə edilən PUA-lar istisna təşkil edir”, - deyə məlumatda qeyd edilib.
Nəzərə çatdırılıb ki, bu qərar hüquq-mühafizə orqanlarının işini çətinləşdirə biləcək dronlardan icazəsiz istifadənin qarşısını almaq məqsədilə qəbul edilib.
Sobyanin əlavə edib ki, dronlardan icazəsiz istifadə qanun pozuntusu hesab edilir və buna görə inzibati və cinayət məsuliyyəti nəzərdə tutulur.
GUNDEMXEBER.AZ
7-04-2016, 21:37
22-01-2017, 16:10
22-06-2017, 13:06
25-07-2017, 19:15
17-12-2015, 14:57
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?