Serbiyanın Mladenovats şəhər icmasının Dubona kəndində insanları güllələyən şəxs tutulub.
O, Kraquyevats şəhəri yaxınlığında saxlanılıb.
Cinayətkarın axtarışında ölkənin 600-dən çox hüquq-mühafizə orqanı əməkdaşı iştirak edib.
Serbiyanın daxili işlər naziri Bratislav Qaşiç hücumu terror aktı adlandırıb.
09:20
Serbiyanın Mladenovats şəhər icmasının Dubona kəndində gənc oğlanın odlu silahla atəş açması nəticəsində ölənlərin sayı 8-ə çatıb.
Öldürülənlər arasında 21 yaşlı polis və onun yaşı dəqiqləşdirilməyən kiçik bacısı da olub. Digər zərərçəkənlər barədə məlumat verilmir.
Daha əvvəl yeddi nəfərin öldüyü, 13 nəfərin yaralandığı barədə məlumat verilib.
Yaralıların yarıdan çoxu əməliyyat olunmalıdır. Yaralılar arasında uşaqlar da var.
Qeyd edilir ki, 21 yaşlı şübhəli Dubonada məktəb həyətində bir qrup şəxslə mübahisə edib, sonra evindən avtomat götürərək insanlara atəş açmağa başlayıb. Bundan sonra o, doğulduğu Şepşin kəndinə gedib və orada yenidən insanlara atəş açıb. Gəncin hərbçinin oğlu olduğu ehtimal edilir.
Şübhəlinin artıq mühasirəyə alındığı, lakin polisə təslim olmadığı və atəş açdığı qeyd edilir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?