Gundemxeber.az » Dünya » İran iki Fransa vətəndaşını həbsdən azad etdi - FOTO
İran casusluqda ittiham olunan iki Fransa vətəndaşını vaxtından əvvəl həbsdən azad edib.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, bu barədə Fransanın xarici işlər naziri Ketrin Kolonna bildirib.
Diplomatın sözləri Fransa Xarici İşlər Nazirliyinin saytında dərc olunan məlumatda yer alıb.
“İndiyə qədər İranda həbsdə saxlanılan həmvətənlərimiz Benjamen Brier və Bernar Felan bu cümə, mayın 12-də Fransaya yollanırlar”, - deyə nazir iranlı həmkarı Hüseyn Əmir Abdullahiyanla görüşündə bildirib.
Ketrin Kolonnanın sözlərinə görə, Fransanın Tehrandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Böhran və Dəstək Mərkəzi İran həbsxanasında saxlandıqları bütün müddət ərzində məhbuslara dəstək verib. Kolonna Brier və Felanın azad edilməsi üçün çalışan hər kəsə təşəkkür edib və Parisin İranda həbsdə olan bütün fransızları azad etməyə hazır olduğunu bir daha təsdiqləyib.
GUNDEMXEBER.AZ
23-12-2013, 12:42
3-02-2020, 14:33
16-11-2015, 12:38
3-06-2019, 10:19
9-03-2014, 13:00
Sorğu
Yeni dizaynımız necədir?