Gundemxeber.az » Dünya » Sanksiya tətbiq edilən mallar Rusiyaya Ermənistan vasitəsilə daxil olur - Avropa İttifaqı
Avropa İttifaqından Mərkəzi Asiya ölkələrinə, o cümlədən Qazaxıstan, Qırğızıstana, Ermənistana və bu ölkələrdən Rusiyaya ticarət axınında şübhəli artım müşahidə edilir...
GUNDEMXEBER.AZ xəbər verir ki, bunu Avropa İttifaqının Gömrük İttifaqında islahatlarla bağlı Avropa Komissiyasının təkliflərini təqdim edən AK-nın iqtisadiyyat üzrə komissarı Paolo Gentiloni deyib.
"Avropa İttifaqının ayrı-ayrı ölkələrinin gömrük sistemlərindəki fərqlər sanksiyalardan yan keçmək istəyənlərə bu sistemlərdəki boşluqlar əlavə imkanlar verir. Ticarət yolu ilə sanksiyalardan yayınmağın müəyyən formaları var. Dünən Aİ-nin İqtisadi və Maliyyə Şurasında biz bunu təqdim etdik. Aİ-dən bir sıra Mərkəzi Asiya ölkələrinə, Ermənistan, Qazaxıstan, Qırğızıstana ixracda aşkar artım var və bu ölkələrdən Rusiyaya ixracda təxminən eyni artım müşahidə olunur", deyə Paolo Gentiloni bildirib.
Avropa komissarı Aİ-nin Qazaxıstana ixracında 185 milyon avro artım müşahidə etdiyinə diqqət çəkərək, "Qazaxıstandan Rusiyaya ixrac isə 186 milyon artıb. Mən heç kimə barmaqlarımı göstərmirəm, amma hər şey göz qabağındadır”, deyib.
GUNDEMXEBER.AZ
16-12-2015, 17:48
30-12-2015, 18:05
17-05-2018, 17:50
13-06-2019, 11:12
12-11-2014, 12:17
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?