Gundemxeber.az » Dünya » "Erməni xalqının təzyiqi altında Paşinyan istefa verəcək" - Ermənistan KİV
Xəbər verdiyimiz kimi, dünən Ermənistanın Baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında Azərbaycan ərazisinin 86,6 min kvadratkilometr olduğunu və bu əraziyə Qarabağın da daxil olduğunu bildirmişdi.
Gundemxeber.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Paşinyanın bu açıqlaması ölkədə narazılıq yaradıb.
Belə ki, parlamentin "Hayastan" fraksiyasının deputatı İşxan Saqatelyan hesab edir ki, Qarabağ və Ermənistanın təslim olmasının qarşısını almaq üçün erməni xalqının 5-6 ay vaxtı var.
Saqatelyan qeyd edib ki, müxalifət baş nazirin qərarı ilə barışmaq fikrində deyil və sona qədər mübarizə aparacaq. Həmçinin, Saqatelyan yaxın vaxtlarda etiraz aksiyalarının olacağının anonsunu da verib.
"Şərəfim var" fraksiyasının deputatı Hayk Mamicanyan da öz növbəsində bildirib ki, hökumət başçısının dünənki bəyanatından sonra hakimiyyətin hərəkətlərinə başqa heç kimin şübhəsi yoxdur:
"Əminəm ki, erməni xalqının təzyiqi altında baş nazir istefa verəcək", - deyə Mamicanyan bildirib.
GUNDEMXEBER.AZ
2-03-2021, 10:04
18-07-2019, 13:52
10-10-2018, 13:23
20-07-2018, 15:37
29-03-2021, 12:25
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?