Gundemxeber.az » Dünya » Zelenski İran xalqına müraciət edib: “Niyə şər dövlətin tərəfindəsiniz?”
Ukrayna Prezidenti Volodimir Zelenski İran xalqına müraciət edib.
O, bildirib ki, Ukraynaya qarşı müharibədə Rusiyaya dəstək verməklə İran yalnız dünyadan daha çox təcrid olunur.
Prezidentin sözlərinə görə, Ukraynaya qarşı ümumilikdə 1160-a yaxın “Şahed”dən istifadə edilib. Əksəriyyəti hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.
“Amma bu gün belə zərbələrin davam etdiyini nəzərə alaraq, mən birbaşa İran xalqına müraciət etmək istərdim. Sadə bir sual: Rusiya terrorunun şəriki olmaq nəyə lazımdır? Niyə şər dövlətin tərəfindəsiniz? Dünya baş verənləri görür və siz də hamınız İranda bunu görürsünüz. Şərə dəstək verildiyini inkar etmək mümkün deyil”, - deyə Zelenski bildirib.
O qeyd edib ki, ukraynalı müdafiəçilər İranın “Şahedlərini” vurmağı öyrənsələr də, yenə də zərbələr endirilir və nəticədə insanlar ölür.
“İranın bu cür rüsvayçı qətllər nəyinə lazımdır? Rusiyanın əli ilə, ancaq sizin silahlarınızla. Bundan nə əldə edirsiniz, Tehranda, Şiraqda və ya ölkənin hər hansı başqa şəhərində insanlar bundan nə qazanırlar? Dünyadan daha çox təcrid, daha çox problem”, - Zelenski vurğulayıb.
“İran xalqı! Rusiya hər şeyi fərq etmədən vurur. Artilleriya və minaatanlarla, raketlərlə və dronlarla - sahib olduqları ilə və sizin adınızdan Rusiyaya verilənlərlə. Əminəm ki, siz tarixin o biri tərəfində olmalısınız – şərlə birlikdə yox”, - Zelenski vurğulayıb.
Prezident diqqətə çatdırıb ki, Rusiya bu müharibəni əsarət naminə başlayıb.
“Əgər siz Rusiya təcavüzü kimi şərlə eyni tərəfə qoyulmasaydınız, İran xalqı çox fərqli yaşaya bilərdi. Hər gecə Ukraynanı terrora məruz qoyan “Şahedlər” sadəcə olaraq, İran xalqının tarixin qaranlıq qatına getdikcə daha dərin daldığını göstərir”, - deyə Zelenski yekunlaşdırıb.
Tərcümə: Gundemxeber.az
10-08-2020, 11:32
14-12-2022, 14:43
5-01-2018, 00:10
13-09-2019, 13:55
25-09-2019, 15:32
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?