Gundemxeber.az » Dünya » Ukrayna MN: “Ordumuz bəzi istiqamətlərdə hücuma keçir”
Ukrayna hərbçiləri cəbhənin bəzi bölgələrində əks-hücum əməliyyatlarına başlayır.
Gundemxeber.az bildirir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar məlumat verib.
O qeyd edib ki, Ukrayna hərbçiləri 2022-ci il fevralın 24-də başlayan müdafiəni davam etdirirlər.
“Müdafiə əməliyyatı əks-hücum hərəkətləri də daxil olmaqla hər şeyi ehtiva edir. Ona görə də bəzi bölgələrdə biz hücum hərəkətlərinə keçirik”, - o bildirib.
Malyar vurğulayıb ki, Baxmut istiqaməti hərbi əməliyyatların episentri olaraq qalır. Orada ukraynalı döyüşçülər kifayət qədər geniş cəbhə boyu hərəkət edirlər. Onlar 1600 metrədək irəliləyib və dominant yüksəklikləri tutublar. Eyni zamanda, rusiyalılar müdafiəyə keçərək öz mövqelərini saxlamaq istəyirlər.
Həmçinin, cənubda da Rusiya ordusu müdafiəyə keçir. Orada da yerli döyüşlər davam edir.
GUNDEMXEBER.AZ
24-04-2023, 14:53
11-01-2023, 14:59
7-03-2022, 11:05
27-09-2020, 10:12
18-02-2020, 11:33
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?