ABŞ Dövlət katibi Antoni Blinkenlə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı olub.
Gundemxeber.az bildirir ki, bu barədə Türkiyənin TRT "Haber" telekanalı məlumat verib.
Antoni Blinken türkiyəli həmkarını yeni vəzifəsi münasibətilə təbrik edib.
Telefon danışığı zamanı tərəflər İsveçin NATO-ya üzvlüyü, Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan arasında normallaşma prosesləri, F-16-ların alınması və modernləşdirilməsi və Ukrayna Taxıl sazişini müzakirə ediblər.
Diplomatlar iki ölkə arasında gündəlikdə duran ümumi məsələləri müzakirə etmək üçün mümkün qədər tez bir zamanda görüşməyə hazır olduqlarını vurğulayıblar.
Türkiyədə mayın 28-də keçirilən seçkidə 20 ildir hakimiyyətdə olan Rəcəb Tayyip Ərdoğan səslərin 52.2 faizini toplayaraq, rəqibi Kamal Kılıçdaroğluna qalib gəlib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?