Gundemxeber.az » Dünya » ABŞ BMT sülhməramlılarının Malidən çıxarılmasına etiraz edir
Amerika Birləşmiş Ştatlar Malidə hakimiyyəti ələ keçirən müvəqqəti hərbi hakimiyyətin BMT sülhməramlılarını ölkədən çıxarmaq qərarından narahatdır.
Bu açıqlama ilə ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Miller çıxış edib.
M.Miller qeyd edib ki, bu qərar Mali xalqının təhlükəsizliyinə ciddi problem yaradacaq, həmçinin vətəndaş müharibəsinin davam etdiyi ölkədə humanitar böhrana səbəb olacaq.
Qeyd edək ki, 24 may 2021-ci ildə Malidə hərbi çevriliş baş verib. Hakimiyyəti ələ keçirmiş hərbçilər bütün beynəlxalq çağırışlara rəğmən, ölkədə seçki keçirməyə və qanuni hakimiyyəti formalaşdırmağa mane olurlar.
Gundemxeber.az
24-09-2017, 20:22
14-12-2018, 08:42
11-01-2019, 11:36
11-04-2019, 12:50
12-09-2013, 12:49
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?