Rusiya Prezidenti Vladimir Putinlə belaruslu həmkarı Aleksandr Lukaşenko arasında telefon danışığı olub.
Gundemxeber.az xəbər verir ki, bu barədə Putinin Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, tərəflər qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
Onlar həmçinin ölkədəki son durum barədə fikir mübadiləsi aparıblar.
Xatırladaq ki, bu gün gecə saatlarından etibarən “Vaqner” özəl hərbi şirkəti Rusiya Silahlı Qüvvələrinə qarşı qiyam qaldırdıqlarını bəyan ediblər.
“Vaqner”in rəhbəri Yevgeni Priqojin bildirib ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimov saxlanılıb hərbi məhkəmə qarşısına çıxarılmayınca onlar silahı yerə qoymayacaqlar.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?