Gundemxeber.az » Dünya » G7 ölkələri Rusiyanı müzakirə etdi
G7 ölkələrinin xarici işlər nazirləri Rusiyadakı vəziyyəti müzakirə edib.
Gundemxeber.az bildirir ki, bu barədə Avropa İttifaqının baş diplomatı Cozep Borrell "Twitter"də məlumat yayıb.
"Rusiyadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparmaq üçün G7 xarici işlər nazirləri ilə danışdım. Bazar ertəsi Aİ Xarici Əlaqələr Şurasının görüşündən əvvəl Avropa İttifaqı daxilində koordinasiya aparıram və biz böhrana cavab mərkəzini aktivləşdirmişik. Ukraynaya dəstəyimiz dayanmadan davam edir", - Borrel qeyd edib.
Qeyd edək ki, "Vaqner" muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib.
Gundemxeber.az
9-10-2020, 15:41
12-12-2018, 12:50
19-02-2016, 12:27
3-10-2018, 16:29
15-05-2018, 16:25
Sorğu
Yeni dizaynımız necədir?