İyunun 30-u gecə İndoneziyanın Yava adasında 6,4 bal gücündə zəlzələ baş verib.
Bu barədə İndoneziyanın Təbii Fəlakətlərin İdarə Edilməsi üzrə Milli Şurası xəbər yayıb.
Təbii fəlakət nəticəsində azı 10 nəfər xəsarət alıb, 1 nəfər ölüb. Zəlzələ yüzlərlə evə, ofisə, tibb və təhsil müəssisəsinə ziyan vurub.
İndoneziya Geofizika Agentliyinin məlumatına görə, zəlzələ ocağı 25 km dərinlikdə yerləşib və Yoqyakarta bölgəsinin bir sıra şəhərlərində, həmçinin İndoneziyanın ən sıx məskunlaşdığı Yava adasının şərqində və mərkəzində hiss olunub. Zəlzələlər sunamilərə səbəb olmayıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?