Pentaqon gələn ay süni intellekt, kvant hesablamaları və robototexnikadan istifadni əhatə edən uzunmüddətli modernləşdirməyə dair yeni doktrinanı yekunlaşdıracaq.
Gundemxeber.az xəbər verir ki, bunu ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri Mark Millli Milli mətbuat klubunda çıxışı zamanı bildirib.
General vurğulayıb ki, çətinliklərdən biri gələcəkdə istənilən genişmiqyaslı müharibənin qarşısını almaq üçün ABŞ ordusunun hədsiz üstünlüyünü qorumaqdan ötrü texnologiyanı optimallaşdırmaqdır
Mark Milli həmçinin yaxın 10-15 il ərzində dünyanın ən müasir hərbi qüvvələrinin təxminən üçdə birinin robotlaşdırılmış olacağını proqnozlaşdırır.
Onun sözlərinə görə, robototexnika bu gün artıq hər bir ordunun mühüm komponentlərinə çevrilən PUA-larda, ekipajsız dəniz gəmilərində və quru nəqliyyat vasitələrində artan rol oynayacaq.
Sorğu
Yeni dizaynımız necədir?