Gundemxeber.az » Dünya » “Bloomberg”: “İsrail hərbi əməliyyatlarda süni intellektdən istifadəyə başlayıb”
İsrail Müdafiə Qüvvələri işğal olunmuş ərazilərdə və əzəli rəqib İranla gərginliyin artması fonunda süni intellektdən istifadə etməyə başlayıb.
Bu barədə “Bloomberg” nəşrində dərc olunmuş materialda məlumat verilib.
Məlumata görə, süni intellektdən müharibə zamanı hava hücumları üçün hədəflərin seçilməsi və logistik təminatın təşkili məqsədilə istifadə etmək nəzərdə tutulub.
Hərbçilər konkret əməliyyatlar barədə şərh verməsələr də, rəsmilərin məlumatına görə, hazırda hava hücumları üçün hədəflərin seçilməsi məqsədilə böyük həcmdə məlumatları analiz edə bilən süni intellekt tövsiyə sistemindən istifadə edilir. Həmçinin “Fire Factory” adlı başqa bir AI (süni intellekt) modeli də tətbiq edilir ki, bu model hərbçilər tərəfindən təsdiqlənmiş məlumatlardan istifadə etməklə döyüş sursatlarının yüklənməsi ilə bağlı hesablamaların aparılmasına, təyyarələrə və dronlara minlərlə hədəfin təyin edilməsinə imkan verir, həmçinin bunlarla bağlı cədvəl təqdim edir.
Hər iki sistem insan-operatorlar tərəfindən idarə olunur ki, bu operatorlar hava hücumlarının fərdi hədəfləri və planları ilə bağlı yoxlamalar aparır və onları təsdiqləyirlər. Bu texnologiyanın tərəfdarları iddia edirlər ki, qabaqcıl alqoritmlər insanların imkanlarını üstələyə və orduda itkiləri minimuma endirməyə kömək edə bilər. Lakin tənqidçilər getdikcə avtonomlaşan bu sistemlərdən istifadənin ölümcül nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edirlər.
Gundemxeber.az
10-05-2021, 12:45
25-05-2023, 10:37
14-07-2020, 12:00
11-02-2016, 12:15
24-12-2015, 15:07
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?