Saxaradan Avropaya yaxınlaşan "Xaron” antisiklonu Avropa ölkələrində hərarəti 50°C-ə qədər yüksəldə bilər.
Gundemxeber.az xəbər verir ki, bu barədə "Bloomberg” meteorologiya xidmətlərinin məlumatlarına istinadən yazır.
Agentliyin məlumatına görə, İtaliya Sardiniyasında iyulun 19-na kimi havanın temperaturu 50 dərəcəyə çata bilər. Bloomberg qeyd edir ki, bu gün İtaliyanın 23 ən böyük şəhərində ekstremal istilərlə bağlı təcili xəbərdarlıq ediləcək.
Agentlik qeyd edir ki, yüksək temperatur yanğınlara səbəb ola bilər. Qəzet xatırladır ki, Afina yaxınlığında bir neçə ev yanıb, Palma adasında (Kənar adalarından biri) təbii yanğınlar səbəbindən 4 mindən çox insan təxliyə edilib.
Avropada sonuncu temperatur rekordu 2021-ci ildə qeydə alınıb. O zaman İtaliyanın Siciliya adasında temperatur 48,8 dərəcəyə çatıb. Bloomberg yazır ki, Ümumdünya Meteorologiya Təşkilatı ekstremal hava şəraitinin yeni normal halına gələ biləcəyini proqnozlaşdırır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?