“Playboy” jurnalı üçün müsahibə və fotosessiyaya razılıq verən Fransanın sosial iqtisadiyyat və ictimai təşkilatlar üzrə dövlət katibi Marlen Şyappa hökuməti tərk edib.
Gundemxeber.az xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.
Şyappanın "Playboy"un üz qabığında göründüyü üçün vəzifəsindən azad edildiyi deyilir.
Aprel ayında Baş nazir Elizabet Born jurnalın təklifini qəbul etdiyi üçün Şyappanı cəzalandırıb. “Le Figaro” qəzetinin yazdığına görə, Born dövlət katibinə zəng edərək onun müsahibəsinin bugünkü sosial kontekstə qətiyyən uyğun olmadığını deyib.
Dövlət katibi öz addımını hər yerdə qadınların hüquqlarını müdafiə etməsi ilə izah edib.
Qeyd edək ki, bu gün Makron hökumətində kadr dəyişiklikləri açıqlanıb. Səhiyyə və təhsil nazirləri, sosial və həmrəylik üzrə dövlət katibi vəzifələrinə yeni təyinatlar olub. Sabah, iyulun 21-də Emmanuel Makron yeni hökumətin üzvləri ilə ilk iclas keçiriləcək.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?