"Rusiya qisas almaq üçün Kiyevdə qeyri-standart mülki obyektləri hədəf seçməlidir“.
Gundemxeber.az xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya Təhlüksizlik Şurası sədrinin müavini Dmitri Medvedev Moskvaya PUA-larla son hücumdan bəhs edərkən deyib.
Onun sözlərinə görə, Rusiya qisas almaq üçün Kiyevdə qeyri-standart mülki obyektləri hədəfə almalıdır: “Bizə zərbə endirmək üçün qeyri-standart hədəflər seçmək vacibdir. Belə hədəf ancaq anbarlar, energetik qovşaqlar və neft bazaları deyil. Ukraynada elə yerlər var ki, orada bizi gözləmirlər. Bunun səmərəsi daha böyük olacaq”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?