Gundemxeber.az » Dünya » Aİ İrana yeni sanksiyalar tətbiq edir
Avropa İttifaqının (Aİ) “Rəsmi jurnalı”nda ötən həftə 27 Aİ ölkəsinin xarici işlər nazirləri tərəfindən qəbul edilmiş “Rusiya və Suriyaya hərbi təchizat üçün İrana qarşı yeni sanksiyalar rejiminin yaradılması qərarı” dərc olunub.
GUNDEMXEBER.AZ xarici mediaya istinadla bildirir ki, sənəddə deyilir ki, İranın pilotsuz uçuş aparatları istehsal etmək qabiliyyətini artıra biləcək mal və texnologiyaların, Aİ mənşəli olub-olmamasından asılı olmayaraq, İranda istifadə üçün İrandakı hər hansı fiziki və hüquqi şəxsə birbaşa, ya dolayı yolla satılması, tədarükü, ötürülməsi, yaxud ixracı qadağandır”.
İyulun 20-də Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Jozep Borrell bildirib ki, Avropa İttifaqı Rusiya və Suriyaya hərbi təchizat səbəbindən İrana qarşı yeni sanksiya rejiminin yaradılması ilə bağlı razılığa gəlib. Bu, Aİ-nin İrana qarşı yaratdığı üçüncü ayrı sanksiya mexanizmidir. Birincisi İranın nüvə və raket proqramlarına qarşı yönəldilib, ikincisi insan haqlarının pozulması ilə bağlıdır.
GUNDEMXEBER.AZ
21-07-2023, 22:23
18-07-2017, 14:44
20-05-2020, 22:27
17-03-2018, 19:48
19-09-2020, 14:38
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?