Gundemxeber.az » Dünya » İsveçin Qahirədəki müvəqqəti işlər vəkili “Quran”ın yandırılması ilə bağlı Misir XİN-ə çağırılıb
İsveçin Qahirədəki müvəqqəti işlər vəkili “Quran”ın yandırılması ilə bağlı Misir Xarici İşlər Nazirliyinə çağırılıb.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, bu barədə nazirliyin “Facebook” hesabında məlumat verilib.
Məlumata görə, Misir Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə rəhbərinin köməkçisi İhab Naser isveçli diplomata bildirib ki, İsveçdə müqəddəs “Qurani-Kərim”in yandırılması və təhqir olunması ilə bağlı təkrarlanan aksiyalar Misir hökuməti və xalqı tərəfindən qəti şəkildə pislənilir və heç bir halda qəbul edilmir. Görüş zamanı vurğulanıb ki, Misir daha əvvəl bu qəbildən hərəkətlərin təhlükəli və mənfi nəticələrə gətirib çıxaracağı ilə bağlı xəbərdarlıq edib.
Misir diplomatı İsveçin və belə hadisələrin baş verdiyi digər ölkələrin hakimiyyət orqanlarını bu cür hadisələrin təkrarlanmaması üçün tədbirlər görməyə və günahkarları məsuliyyətə cəlb etməyə çağırıb.
Xatırladaq ki, müsəlmanların müqəddəs kitabının yandırılması ilə bağlı aksiya polisin icazəsi ilə iyunun 28-də Stokholmun mərkəzindəki Medboryarplatsen meydanında baş tutub. İraqdan olan 37 yaşlı mühacir Salvan Momika “Quran”ın səhifələrini qopararaq yandırıb. Həmin gün isə bütün dünya müsəlmanlarının əsas dini bayramlarından biri olan Qurban bayramı gününə təsadüf edib. Bu hərəkət İslam ölkələrinin, xüsusən də ərəb ölkələrinin əhalisinin və hakimiyyət orqanlarının kəskin mənfi reaksiyasına səbəb olub.
GUNDEMXEBER.AZ
12-06-2013, 12:18
3-07-2013, 19:25
1-04-2015, 14:35
6-06-2017, 14:39
27-03-2019, 14:11
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?