ABŞ ilk "Abrams" tanklarının Ukraynaya sentyabrda gəlməsini gözləyir.
Gundemxeber.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın tank tədarük planı ilə tanış olan bir neçə mənbənin sözlərinə görə, “Abram” tankları Ukraynaya iki ay sonra gələcək. Avqustda Almaniyaya bir neçə “Abrams” tankının göndərilməsi planlaşdırılır ki, orada onlar son təmir və modernləşdirmədən keçəcəklər. Proses başa çatdıqdan sonra “Abrams”ın ilk partiyası Ukraynaya göndəriləcək.
Nəşrin yazdığına görə, Bayden administrasiyası əks-hücum əməliyyatına kömək etmək və uzunmüddətli perspektivdə ölkənin müdafiəsini gücləndirmək üçün vəd edilmiş silahların daha çoxunu Ukraynaya ən qısa zamanda çatdırmaq niyyətindədir. İlk partiyanın altı-səkkiz tankdan ibarət olacağı bildirilir. ABŞ ümumilikdə 31 tank göndərməyi planlaşdırır.
"Biz mütləq onların (tankların - red.) Ukraynaya mümkün qədər tez çatdırılması üçün çalışırıq", - Pentaqonun sözçüsü polkovnik Martin O'Donnell bildirib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?