Suriyanın paytaxtı Dəməşqin cənubunda bomba yüklü avtomobilin partladılması nəticəsində 5 nəfər ölüb, daha 46 nəfər yaralanıb.
Bunu Suriyanın səhiyyə naziri Həsən əl-Qəbbaş " Al Ikhbaria" telekanalına açıqlamasında deyib. O, qeyd edib ki, ölən və yaralananlar arasında qadınlar, uşaqlar da var.
Terror aktı Seyidə-Zeynəb məscidi ərazisində törədilib, partlayıcı qurğu taksidə olub.
Tibbi mənbələrdən verilən məlumata görə, bir neçə yaralı ağır vəziyyətdə xəstəxanaya aparılıb, buna görə də zərərçəkənlərin sayının arta biləcəyi ehtimal edilir. Onların arasında qadınlar və uşaqlar da var.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?