GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » “Vaqner” Rusiya-Belarus ittifaqı ilə Polşa gərginliyi arasında: Kartların görünməyən üzü - TƏHLİL

“Vaqner” Rusiya-Belarus ittifaqı ilə Polşa gərginliyi arasında: Kartların görünməyən üzü - TƏHLİL

Tarix: 1-08-2023, 13:12 Bölmə :Dünya Baxış: 182

Rusiya Ukraynadakı hərbi kampaniyasının Qərb üzərində effektiv təzyiqə çevrilməsini təmin etmək üçün daha bir üsula əl atır – hər halda “Vaqner” özəl hərbi şirkətinin muzdlularının Belarusdan Polşa sərhədinə doğru yerləşdirilməsi belə fikir formalaşdırır.

Polşa “Vaqner” qüvvələrinin öz sərhədləri yaxınlığındakı mövcudluğunu Rusiyanın regionda sabitliyi pozmaq üçün təşkil etdiyi bir sıra təxribatlardan biri kimi qiymətləndirir.

“Vaqner”in dislokasiya yerlərinin dəyişməsi Polşa ilə Belarus arasındakı gərginliyi də şiddətləndirir. Deməli, gərginlik, əsasən, Rusiya-Belarus oxu ilə Polşa arasında cövlan edir və NATO öz üzvünü qorumaq üçün çağırışlarını yeniləməlidir.

Kreml biclik edir, vəziyyəti Polşanın Ukrayna ilə köhnədənqalma ərazi mübahisələri kontekstində qiymətləndirərək ölkəsinin addımlarını müdafiə xarakterli təminat kimi şərh etməyə çalışır.

Ancaq bu da dəqiqləşir ki, Polşa da Belarusla sərhədə qoşun cəmləyir, bunun müdafiə xarakterli və ya Rusiyanın Ukraynadakı diqqətini yayındırmaq üçün variant olduğunu qiymətləndirmək isə çətindir.

Tabloda Rusiyanın məqsədi qabarıq şəkildə görünür, o, Qərbin Ukraynaya silah tədarükündə mühüm kanal olan Polşanı təhdid etməklə rəsmi Kiyevə olan dəstəyi azaltmağa çalışır.

Rusiyanın Polşa ərazisinə müdaxilə etməsi ehtimalı aşağıdır, çünki Moskva NATO üzvlərindən birinə hücum ssenarisində özünə qarşı doğacaq risklərdən çəkinir.

Həm də Rusiya kollektiv Qərbin gücü qarşısında acizdir, Kremlin təkcə qürrələnə biləcəyi qitələrarası ballistik raketləri və nüvə silahlarıdır, hərçənd, bu, döyüş əməliyyatları üçün effektiv deyil, daha çox çəkindirmə mahiyyəti daşıyır.

Ona görə də “Vaqner”in Polşa istiqamətinə hərəkət etməsi Rusiyanın real təhdidi kimi deyil, hibrid müharibəsinin elementi kimi qiymətləndirilə bilər.

Fikirlər isə bir istiqamətdə deyil, ehtimallar çoxdur, çünki hadisələrin və yanaşmaların özü mürəkkəb dərinliyə sahibdir.

Ehtimallardan biri də belədir ki, “Vaqner” qismən Rusiyanın təlimatlarından kənar hərəkətlər edir və Belarus Prezidenti Aleksandr Lukaşenko bunu Rusiya lideri Vladimir Putinə qarşı kart kimi istifadə edir.

Ona görə ki, Ukraynadakı müharibə səbəbilə Qərblə Rusiya məngənəsində sıxılan ölkələrdən biri də Belarusdur. Belarus “Vaqner”in bu ölkədə mənzillənməsindən sonra Rusiyanı Ukraynadakı kampaniyadan çəkindirmək üçün Polşa ilə gərginlikdən istifadə etməkdə həvəsli görünə bilər.

Əgər bu versiyada həqiqət payı varsa, onda Lukaşenko “Vaqner”in ölkəsinin daxilində olmasından məmnundur və o bu vasitə ilə təhlükəsizlik sferasına nəzarət etmək niyyətini göstərir. Belarusun “Vaqner”lə təlim tərəfdaşı kimi əməkdaşlıq etməsi bu versiya üzrə məntiqi məqamlar üzə çıxarmaqda yardımçı ola bilər.

Hərçənd, “Vaqner” ipə-sapa yatan deyil, onun idarəedilməsi çətindir. Yəni məsələ ondan ibarətdir ki, Belarusun “Vaqner” qrupuna nə dərəcədə təsirli şəkildə nəzarət edə biləcəyi bəlli deyil.

Bu cəhətləri ümumiləşdirsək, o zaman Lukaşenkonun “Vaqner”dən çəkindiyini də qeyd edə bilərik.

Lukaşenkoda ara-sıra Kremlin təlimatlarından yayınmaq xarakteri mövcuddur. Moskvanın “Vaqner”i tənzimləyici aparat kimi Belarusda istifadə etməsi Lukaşenkonun Kreml orbitindən yayınmasının qarşısını almaqda effektiv üsul kimi nəzərə çarpa bilər.

Proqnoz vermək olar ki, Polşa ilə gərginlik və bunun arasına “Vaqner”in yerləşdirilməsi fonunda Rusiya ilə Belarus arasındakı müttəfiqlikdə problemlər olduğu aşkar şəkildə üzə çıxacaq.

Minskin isə seçimləri və Moskvaya təsirləri azdır, burada Belarusun Rusiyadan iqtisadi asılılıqları ilə yanaşı, təhlükəsizlik qayğıları da rol oynayır. Üstəgəl, Rusiya Belarusa taktiki nüvə silahları da yerləşdirib ki, bu da Minskin taleyi üçün xoş aura yaratmır.

Deməli, Belarus yüksək risk altında olduğundan Rusiyanın təyin etdiyi orbitdən çox kənarlaşa bilməyəcək və Ukraynaya qarşı hərbi kampaniyada iştirakçılıq səviyyəsini yüksəltmək məcburiyyəti ilə üzləşəcək.

“Vaqner” isə həm Putin, həm də Lukaşenko üçün təminatçı olsa da, onun etibarlılıq statusu böyük deyil. Putin də, Lukaşenko da muzdlularla bağlı riskləri görürlər, bu isə Polşa ilə əlaqədar məlum məsələdə regional təhlükəsizlik üçün problemlər ortaya çıxarmaq gücündədir.

Aqşin Kərimov


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Putin Polşa səfirini “əclaf” adlandırdı

    Putin Polşa səfirini “əclaf” adlandırdı ...

    24-12-2019, 19:59

  • 
  • Belarusdakı “Vaqner”çilər aktivləşdilər: Polşa və Litva ilə sərhəddə təxribatlar hazırladıqları deyilir

    Belarusdakı “Vaqner”çilər aktivləşdilər: Polşa və ...

    29-07-2023, 23:47

  • 
  • Rusiya Belarus sərhədinə iri qoşun qruplaşması yeritdi

    Rusiya Belarus sərhədinə iri qoşun qruplaşması ...

    5-08-2020, 16:10

  • 
  • “Vaqner” Belarusda Litva və Polşaya qarşı döyüşməyə hazır olan yeni kadrlar axtarır

    “Vaqner” Belarusda Litva və Polşaya qarşı ...

    27-07-2023, 13:09

  • 
  • Polşa təhlükəsizlik məqsədilə Belarusla sərhəddə daha bir keçid məntəqəsini bağlayıb

    Polşa təhlükəsizlik məqsədilə Belarusla sərhəddə ...

    9-02-2023, 17:55


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu