Gundemxeber.az » Dünya » İranda 60 yaşlı qadına şallaq cəzası verildi
İranda Tehran şəhər Cinayət Məhkəməsi biri 60 yaşlı qadın, digəri isə 40 yaşlı kişi olmaqla iki nəfəri şallaq cəzasına məhkum edib.
Məhkəmə onları nikahdan kənar münasibətdə olmaqda ittiham edib.
İranda İnsan Haqları Təşkilatının məlumatına görə, qadın bir müddətdir ki, öz həyat yoldaşının onu aldatdığını hiss etdiyini deyib və ona qarşı olan ittihamları qəbul etməyib.
40 yaşlı kişi isə sadəcə qadına kömək etdiyini deyib və məhkəmənin ittihamına qarşı özünü müdafiə edib. “Əgər belə bir iş görmək istəsəydim, daha gənc bir qadınla edərdim”, - deyə o bildirib.
Qeyd edək ki, məhkəmə bu ittihamı hər iki nəfərə şamil etsə də, İnsan Haqları Təşkilatı bunun əssasız olduğunu qeyd edib.
Xatırladaq ki, Mülki Siyasi Hüquqlar üzrə Beynəlxalq Konvensiya şallaq vurma kimi ləyaqəti alçaldan cəzaların tətbiqini açıq şəkildə qadağan etsə də, İran məhkəmə sistemi bu cəzanı icra etməkdə davam edir.
Gundemxeber.az
14-09-2020, 14:04
19-03-2020, 12:09
26-09-2019, 11:44
15-08-2019, 16:53
17-10-2019, 20:56
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?