Gundemxeber.az » Dünya » Ermənistanın həbsdə olan sabiq müdafiə naziri: “Qabiliyyətimiz və biliyimiz çatmadı”
Ermənistanın sabiq müdafiə naziri David Tonoyan 44 günlük müharibəni araşdıran komissiyanın Ermənistan parlamentində keçirdiyi iclasda izahat verib.
Gundemxeber.Az xarici mediaya istinadla bildirir ki, D.Tonoyan deyib ki, müharibənin qarşısını almağı və döyüşləri dayandırmağı bacarmadığına görə özünü günahkar hiss edir.
“Hərbi-diplomatik qabiliyyətlər, biliklərimiz və əlaqələrimiz kifayət etmədi”, - deyə D.Tonoyan vurğulayıb.
Qeyd edək ki, D.Tonoyan hazırda həbsdədir. O, İkinci Qarabağ müharibəsi dövründə ölkənin müdafiə naziri olub.
Gundemxeber.Az
20-11-2020, 14:34
6-10-2018, 10:56
21-11-2020, 15:40
14-10-2019, 11:12
30-03-2019, 18:14
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?