Ukraynada vəziyyətin gərginləşməsinin əsas səbəbi NATO-dur.
Gundemxeber.az xarici mediaya istinadla xəbər verir ki, bunu Çinin Rusiyadakı səfiri Çjan Hanhuey bildirib.
Onun fikrincə, "soyuq müharibə” başa çatdıqdan sonra Alyans fəaliyyətini dayandırmalı idi.
"Şərqə doğru beş genişlənmə Avropada soyuq müharibədən sonrakı nizama və təhlükəsizliyə ciddi şəkildə təsir etdi və Ukrayna böhranının kəskinləşməsinin əsas səbəbi oldu", – səfir bildirib.
"Soyuq müharibənin yadigarı olaraq NATO Soyuq müharibənin bitməsi ilə mövcudluğunu dayandırmalı idi", - Çjan əlavə edib. Onun sözlərinə görə, alyans "müharibələrin davamlı olaraq alovlanması və münaqişələrin təhrik edilməsi nəticəsində inkişaf etməkdə davam edir".
Çin səfiri həmçinin bildirib ki, son illərdə NATO Asiya-Sakit okean regionunun işlərinə qarışmağa cəhd edib. "NATO Yaponiya, Cənubi Koreya, Avstraliya və Yeni Zelandiyanı iki il dalbadal alyans sammitində iştirak etməyə dəvət edib və dörd ölkə ilə "fərdi tərəfdaşlıq proqramı” imzalayıb”, - Çinin Rusiyadakı səfiri deyib. O, həmçinin qeyd edib ki, alyans Yaponiyada ofis açmağı planlaşdırır.
Xatırladaq ki, NATO və Yaponiya 2007-ci ildən Tokioda alyansın ofisinin açılmasını müzakirə edirlər. Yaponiya 2018-ci ildə Brüsseldə alyansda nümayəndəliyini açıb. Yaponiyanın baş naziri Fumio Kişida ölkəsinin NATO-ya daimi və ya assosiativ üzv kimi daxil olmaq planının olmadığını bildirib. O, həmçinin bildirib ki, alyansın Yaponiyada nümayəndəliyinin açılması imkanları hələ də müzakirə olunur.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?