Gundemxeber.az » Dünya » Samara vilayətinin erməni səhiyyə naziri saxlanılıb
Rusiyanın Samara vilayətinin səhiyyə naziri Armen Benyan saxlanılıb.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, polis və Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları yoxlamalar aparırlar. Nazirin saxlanılmasının səbəbləri hələlik məlum deyil.
Samara vilayətinin səhiyyə sektoru əvvəllər də hüquq-mühafizə orqanlarının diqqətində olub. Belə ki, 2023-cü ilin yazında Seredavina xəstəxanasının baş həkiminin müavini Aleksey Oşurkov saxlanılıb. O, dələduzluqda ittiham olunub. Hazırda həkim istintaq təcridxanasındadır. Qeyd edək ki, bu xəstəxananın rəhbəri əvvəllər Benyan olub.
İyulun sonunda polis əməkdaşları Krasnoyarsk diyarının nəqliyyat naziri Konstantin Dimitrovu saxlayıblar. Saxlanma Krasnoyarskda metronun tikintisi layihəsi ilə bağlı olub. Bundan başqa, təhlükəsizlik qüvvələri metronun layihələndirilməsi üzrə sifarişçi olan “Rayon Nəqliyyat İdarəsi” dövlət qurumunun sabiq rəisini saxlayıb. Qeyd edək ki, Dimitrov 2017-ci ildə şöbə müdiri vəzifəsini icra edib.
Gundemxeber.az
10-01-2018, 12:40
2-09-2017, 13:53
19-08-2019, 10:45
18-11-2019, 20:00
12-04-2019, 14:36
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?