Gundemxeber.az » Dünya » Avqustun 7-də Gürcüstanda matəm günü elan edilib
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili jurnalistlərə bildirib ki, Gürcüstan hakimiyyəti Qərbi Gürcüstanın yüksək dağlıq kurort Şovi şəhərində baş vermiş faciə ilə əlaqədar avqustun 7-ni matəm günü elan edib.
Son məlumatlara görə, avqustun 3-də Şovidə baş verən sürüşmə nəticəsində 7 nəfər ölüb. Mütəxəssislərin fikrincə, kurorta beş milyon kubmetr bərk kütlə düşüb. Sürüşmə Şovinin girişindəki körpüləri dağıdıb, yolları zədələyib.
Qeyd edək ki, iki gün ərzində xilasedicilər 210 nəfəri fəlakət zonasından çıxara biliblər.
Gundemxeber.az
9-04-2021, 10:44
16-12-2014, 23:00
4-05-2014, 11:52
24-08-2020, 14:54
24-08-2020, 11:23
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?