BMT Nigerdəki münaqişənin həllində Qərbi Afrika Millətləri Birliyinə və Afrika İttifaqına dəstəyini davam etdirir.
Bunu BMT Baş katibinin sözçüsü Stefan Dujarrik jurnalistlərə açıqlamasında deyib.
“Xüsusi nümayəndəmiz bütün tərəflərlə əlaqə saxlayır, lakin hazırda sizinlə bölüşəcək heç nəyim yoxdur”, - deyə S. Dujarrik bildirib.
Qeyd edək ki, bundan əvvəl Fil Dişi Sahili Respublikasının Prezidenti Alassan Uattara bildirmişdi ki, Qərbi Afrika Millətləri Birliyinə üzv dövlətlərin liderləri Nigerdə ən qısa zamanda hərbi əməliyyata başlamaq barədə razılığa gəliblər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?