Gundemxeber.az » Dünya » Aİ Ermənistan Müdafiə Nazirliyinin dezinformasiyasını ifşa edib
Avropa İttifaqının Ermənistandakı monitorinq missiyası avqustun 15-də Ermənistan-Azərbaycan şərti sərhədində monitorinq zamanı eşidilən atəş səslərinin mənbəyini müəyyən edə bilməyib.
Bu barədə “Report”a Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali komissarının mətbuat katibi Peter Stano bildirib.
“Avqustun 15-də Yuxarı Şorca kəndi yaxınlığında keçirilən patrul zamanı Aİ-nin Ermənistandakı Monitorinq Missiyası (EUMA) patrulun aparıldığı yerdən təxminən bir kilometr məsafədə dörd-beş atəş qeydə alıb. Lakin missiyanın yerləşdiyi istiqamət atəşin mənbəyini və hədəfini müəyyən etməyə imkan verməyib. Patrul iştirakçıları özlərini atəşin hədəfi kimi görməsələr də, ehtiyat tədbiri olaraq ərazini tərk ediblər”, - o vurğulayıb.
Maraqlıdır ki, Aİ-nin Ermənistandakı missiyasının “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində ilk olaraq Ermənistan Müdafiə Nazirliyinin iddialarının əksinə olaraq, patrulun atəşə tutulmadığı barədə paylaşım edilmişdi.
Gundemxeber.az
20-12-2022, 16:06
31-08-2017, 18:15
25-07-2018, 15:06
30-08-2017, 17:56
30-03-2021, 17:20
Sorğu
Yeni dizaynımız necədir?