Gundemxeber.az » Dünya » Ukraynaya nüvə yanacağının alınması üçün milyonlarla dollar veriləcək
Böyük Britaniya nüvə yanacağının alınması, o cümlədən ingilis istehsalçılarından əldə edilməsi üçün Ukraynaya 245 milyon dollar ayırıb.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, bu barədə Böyük Britaniya energetika naziri Qrant Şepps məlumat verib.
Keçən qışda Rusiyanın kütləvi raket və dron zərbələri nəticəsində Ukraynanın enerji sistemi ciddi zədələnib ki, bu da ölkəni atom elektrik stansiyalarından (AES) daha çox asılı edib. AES-lər isə Rusiya Federasiyasının genişmiqyaslı işğalına qədər ölkənin elektrik enerjisinə olan tələbatının təxminən yarısını təmin edirdi.
“Bu pul nüvə yanacağının Ukraynaya daha etibarlı mənbələrdən gəlməsini təmin edəcək. Bu yanacaq artıq Rusiyadan gəlməməlidir”, - deyə nazir bildirib.
Şeppsin sözlərinə görə, belə mənbələrdən biri qismən Britaniyanın zənginləşdirilmiş uran istehsalı müəssisəsi olan “Urenco” şirkəti olacaq.
Gundemxeber.az
22-01-2016, 12:45
12-08-2013, 10:14
31-08-2019, 13:43
8-07-2019, 12:07
20-04-2019, 13:42
Sorğu
Yeni dizaynımız necədir?