GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Bilinən və görünməyən həyatı ilə - Priqojin necə yadda qaldı?

Bilinən və görünməyən həyatı ilə - Priqojin necə yadda qaldı?

Tarix: 24-08-2023, 13:26 Bölmə :Dünya Baxış: 193

Xəbər verdiyimiz kimi, ötən gün “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin təyyarəsi Rusiyanın Tver vilayətində qəzaya uğrayıb. Baş verən təyyarə qəzasında 10 nəfər ölüb. Ölənlər içərisində Y. Priqojinin də cəsədi var. 

O, 1961-cı ildə Sankt-Peterburqda (Leninqrad) doğulub. Atasını erkən yaşlarında itirən Priqojinin anası həkim, ögey atası isə xizək tədqiqatçısı olub. O, ögey oğluna xizək sürməyi ən yaxşı formada öyrətsə də, balaca Priqojin 4 ildən sonra bu idman növündən tamamən uzaqlaşır.



1979-cu ildə Priqojin oğurluğa görə iki il cəza alsa da, 1981-ci ildə xuliqanlıq maddəsi ilə 12 il müddətinə yenidən azadlıqdan məhrum edilir. Gələcəyin məşhur iş adamı ilk sahibkarlıq fəaliyyətinə məhz həbsxanada olarkən başlayır. O, suvenirlər hazırlaya bilən məhbusla birlikdə şirkət qurur. Bununla da “içəri”də hörmətli insanlardan biri olmağı bacarır. Priqojin vaxtından əvvəl, 1990-cı ildə azad edilir.

Həmin illərdə Leninqrad Kimya və Əczaçılıq İnstitutunun əczaçı ixtisasına daxil olur. Lakin o, müxtəlif janrda çoxlu kitablar oxusa da, təhsilini başa vura bilmir.

Priqojin həmin vaxtlar nə işlə məşğul idi?

Ögey atası hot-doq hazırlanan bir neçə dükanın sahibi idi, Priqojin də həmin yerlərə nəzarət edirdi. Onun sinif yoldaşı 1993-cü ildə Priqojini supermarketlər şəbəkəsinin meneceri işləməyə çağırır və ona bu işdə 15% verir. Sonra ard-arda bir neçə restoranın sahibi olmağa başlayan iş adamının əsl uğuru “New Island” adlı suda  restoran açması olur. 2001-ci ildə Rusiya Prezidenti Vladimir Putin orada Fransanın rəhbəri Jak Şirakla, bir ildən sonra Prezident Corc Buşla nahar edib. Hətta 2003-cü ildə Putin doğum gününü orada qeyd edib.

Priqojini niyə “Putinin aşpazı” adlandırırlar?



Sonradan “Konkord” şirkətlər qrupunun rəhbəri və sahibi olan Piqojin sahibkarlıq işində heç vaxt uduzmur, əksinə Kremldəki qəbullara və ya prezidentin rəsmi mərasimlərində xidmət etməyə başlayır.

Priqojin və "Vaqner"

Bir vaxtlar PMC ilə əlaqələrini qəti şəkildə təkzib etsə də, 2022-ci ilin payızında bunun onun layihəsi olduğunu etiraf edir və keçmişdə bu faktın inkar edilməsini konspirativ zərurət adlandırır. Priqojin hətta 2014-cü ildə şəxsən Donbasa getdiyini və rusları qoruyacaq bir qrup toplamaq üçün pul xərcləməyə çalışdığını açıqlayır: “Amma tez başa düşdüm ki, hər şeyi özümün qurması daha faydalıdır”.

Priqojin qiyamı

İyunun 23-də Y. Priqojin Rusiya Müdafiə Nazirliyini onun şirkətinin mövqelərinə zərbələr endirməkdə ittiham edib və 25 min insanın “məsələni aydınlaşdırmağa” hazırlaşdığını bildirib. Səhər saatlarında o, Rostov şəhərində bütün hərbi obyektlərin nəzarətə götürüldüyünü açıqlayıb. Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Y. Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb, Prezident Vladimir Putin isə onun hərəkətlərini qiyam adlandırıb. İyunun 24-ü Belarus Prezidenti A. Lukaşenko Priqojinlə danışıqlar aparıb. O, Lukaşenkonun “Vaqner” qüvvələrinin hərəkətini dayandırmaq təklifini qəbul edib.

Priqojin mütəmadi olaraq videolar çəksə də, uzun müddət bu ritualını icra etmirdi. Onun qiyamdan sonrakı ilk görüntüləri 3 gün öncə çəkilmişdi.


Evli olan Priqojinin iki övladı var - Polina və Pavel. O, 2003-cü ildə övladları ilə birlikdə “İndraquzik” nağıl kitabını yazaraq 1000 tirajla nəşr etdirib./qafqazinfo/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qəzaya uğrayan təyyarənin sərnişinlərinin adları AÇIQLANDI: Priqojin və Utkin siyahıda - YENİLƏNİB

    Qəzaya uğrayan təyyarənin sərnişinlərinin adları ...

    24-08-2023, 10:45

  • 
  • Priqojin yenidən Belarusa yollanıb

    Priqojin yenidən Belarusa yollanıb ...

    3-08-2023, 16:00

  • 
  • "Vaqner" Baxmut bələdiyyə binasına "Rusiya bayrağı asıb", Ukrayna isə “şəhər bizim nəzarətimizdədir” deyir

    "Vaqner" Baxmut bələdiyyə binasına ...

    4-04-2023, 23:27

  • 
  • Priqojin Artemovskın şərq hissəsinin tutulduğunu elan etdi

    Priqojin Artemovskın şərq hissəsinin tutulduğunu ...

    8-03-2023, 13:51

  • 
  • “Priqojini aradan götürəcəklər” - Ekspert

    “Priqojini aradan götürəcəklər” - Ekspert ...

    8-06-2023, 10:11


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu