Edillidə aşkar edilən kütləvi məzarlıqla bağlı daha bir dəhşətli məqam üzə çıxıb. Belə ki, orada qətlə yetirilmiş azərbaycanlıların nəşlərinin üç metr dərinlikdə basdırıldığı məlum olub.
Bu, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş azərbaycanlılarla bağlı hazırladığı hesabatda öz əksini tapıb.
Qeyd edilib ki, işğaldan azad edilmiş ərazilərdə, xüsusən Xocavənd, Kəlbəcər, Ağdam və Füzuli rayonlarında, eləcə də Şuşa şəhərinin ətrafında bir çox kütləvi və fərdi məzarların olması ilə bağlı məlumatlar var.
Bu günədək Kəlbəcər rayonunun Başlıbel, Xocavənd rayonunun Edilli, Xocalı rayonunun Fərrux, Ağdam rayonunun Sarıcalı, Füzuli rayonunun Seyidəhmədli kəndlərində və adıçəkilən rayonların digər yaşayış məntəqələrində bu cür məzarlar aşkarlanıb.
Hesabatda bildirilir ki, aşkar edilən kütləvi məzarlıqlar və insan qalıqları Birinci Qarabağ müharibəsi dövründə əsir və girov götürülmüş azərbaycanlıların amansız işgəncələrə məruz qoyulmaqla qətlə yetirildiyini, nəşlərinin kütləvi şəkildə basdırıldığını deməyə əsas verir.
Gundemxeber.az
Sorğu
Yeni dizaynımız necədir?