Ukrayna ordusu yerli istehsal olan uzaqmənzilli silahlardan istifadə etməklə 700 km məsafədəki hədəfi vura bilib.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski keçirdiyi gündəlik müşavirə zamanı açıqlama verib.
Müşavirədə əsasən Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnının döyüş meydanındakı vəziyyət, müdafiə və hücum əməliyyatları barədə məruzəsi dinlənilib. Zelenski qeyd edib ki, irəliyə doğru addımlar davam edir.
Müşavirədə Müdafiə Nazirliyi silah və sursatların qəbulu, xüsusilə də zirehli tibbi maşınların böyük partiyasının daxil olması ilə bağlı məlumat verib. Strateji Sənaye Nazirliyi öz istehsalı barədə danışıb.
“Bizim uzaqmənzilli silahlarımız uğurla tətbiq edilib: hədəf 700 kilometr məsafədən vurulub”, - deyə Zelenski qeyd edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?