Gundemxeber.az » Dünya » Gürcüstan parlamenti prezidentə qarşı impiçment proseduru üçün imza toplamağa başlayıb
Gürcüstan parlamentinin hakim “Gürcü arzusu” fraksiyası Konstitusiya Məhkəməsinə təqdim etmək və prezident Salome Zurabişviliyə qarşı impiçment proseduruna başlamaq üçün 50 deputatın imzasını toplamağa başlayıb.
Gundemxeber.az xarici mediaya istnadla bildirir ki, bu barədə fraksiya lideri Mamuka Mdinaradze brifinqdə məlumat verib.
“Sənədlərin hazırlanması çərşənbə gününə qədər başa çatacaq, sonra onlar Prosessual Məsələlər Komitəsinə təqdim olunacaq ki, o da öz növbəsində imzaların həqiqiliyini yoxlayacaq. Bundan sonra biz bu sənədləri Gürcüstan Konstitusiya Məhkəməsinə təqdim edəcəyik”, - Mdinaradze parlament çoxluğunun iclasından sonra bildirib.
Hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” Partiyası sentyabrın 1-də prezidentə qarşı impiçment proseduruna başladığını elan edib. Buna səbəb onun Aİ liderləri ilə görüşmək üçün parlamentdən icazəsiz Avropaya səfəri olub. Beləliklə, Zurabişvili konstitusiyanı pozub. Belə ki, prezident xarici siyasətdə nümayəndəlik funksiyalarını yalnız Nazirlər Kabinetinin razılığı ilə həyata keçirə bilər.
Prezidentin impiçmenti təklifi ilə Konstitusiya Məhkəməsinə müraciət etmək üçün deputatların üçdə biri, yəni 150-dən 50-nin imzası lazımdır. Təklif məhkəmə tərəfindən təsdiq olunarsa, parlament impiçmentə səs verir. Prezidentin vəzifədən kənarlaşdırılması üçün deputatların 2/3-nin, yəni 150-dən 100-nün səsi lazımdır. Parlament çoxluğu parlamentdə 84 səsə malikdir və Avropa Sosialistlərinin 4 deputatı da impiçmenti dəstəklədiyini bəyan edib.
Gundemxeber.az
21-06-2019, 16:09
1-09-2023, 15:11
4-05-2019, 16:28
28-02-2019, 14:36
29-11-2018, 09:37
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?