Ermənistan İstintaq Komitəsi “Vahan Loretsyan” adı ilə fəaliyyət göstərən “Facebook” istifadəçisinə qarşı zorakılıq çağırışlarına görə cinayət işi açıb.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, ölkənin İstintaq Komitəsinin Mətbuat Xidmətinin məlumatına görə, sentyabrın 19-da İrəvanda keçirilən aksiyalar zamanı bu səhifədə aşkar zorakılıq çağırışları olan yazılar dərc edilib. “Hamı meydana, aşağıdan yuxarı hamını öldürün”, başqa bir paylaşımda “Hamı birlikdə meydana, bunların hamısını qovun” yazılıb.
Hazırda faktla bağlı ilkin araşdırma aparılır, istifadəçinin tapılaraq saxlanılması barədə qərar qəbul edilib.
Qeyd edək ki, dünən etirazçılar hökumət binası yaxınlığında toplaşıb, İrəvanın mərkəzində Respublika meydanına gedən bütün keçidləri bağlayıblar.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?