“Ermənistan əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiyası mümkündür, buna dəstək vermək lazımdır”.
Bu barədə britaniyalı jurnalist Onnik Krikoryan “X” sosial şəbəkəsində yazıb.
“Əvvəllər imtina etmələrinə baxmayaraq, Qarabağın erməni sakinlərinin nümayəndələri Yevlaxda Azərbaycanın mərkəzi hökumətinin nümayəndələri ilə görüşüblər. Bunun Ermənistanla heç bir əlaqəsi yoxdur və onlara uğurlar arzulayıram”, - deyə o yazıb.
Krikoryanın sözlərinə görə, belə görünür ki, xaricdən maliyyələşən əcnəbi şərhçilər, birincisi, özlərinin tam fiaskosunu etiraf etməkdən, ikincisi, 2020-ci ildə üzə çıxan və nəhayət, 2023-cü ildə bərqərar olan reallıqla barışmaqdan imtina etməkdə davam edirlər.
“Bu kənar müdaxilə ilə məşğul olmağın vaxtı çatıb”, - Krikoryan qeyd edib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?