Gundemxeber.az » Dünya » Rusiya DİN Beynəlxalq Cinayət Məhkəməsi sədrini axtarışa verdi
Rusiya Daxili İşlər Nazirliyi Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) sədri Pyotr Hofmanskini axtarışa verib.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, nazirliyin axtarış məlumat bazasına əsasən, Polşa vətəndaşı, 1956-cı il təvəllüdlü Pyotr Yuzef Hofmanski barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin maddəsi ilə axtarış elan olunub. Daxili İşlər Nazirliyi digər təfərrüatları açıqlamayıb.
Xatırladaq ki, mart ayında Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) ilkin palatası Ukraynada baş verən hadisələr, daha dəqiq desək, Ukraynanın Rusiya tərəfindən işğal olunmuş bölgələrindən insanların deportasiyası ilə əlaqədar Rusiya Prezidenti Vladimir Putin və Uşaq Ombudsmanı Mariya Lvova-Belovanın həbsinə order verib.
Gundemxeber.az
27-07-2023, 00:06
26-02-2016, 12:20
22-05-2023, 10:18
2-02-2018, 01:00
2-09-2013, 12:22
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?