Gundemxeber.az » Dünya » Məhkəmə Donald Trampı dələduzluqda ittiham edib
Nyu-York məhkəməsinin qərarına əsasən, ABŞ-nin keçmiş prezidenti Donald Tramp banklarla və sığorta şirkətləri ilə daha yaxşı sövdələşmələr əldə etmək üçün sərvətini maliyyə hesabatlarında milyardlarla dollar şişirdib.
Bu barədə ABŞ mətbuatı yazır.
Məhkəmə hesab edir ki, sabiq prezident Nyu-Yorkun baş prokuroru Letisiya Ceymsin irəli sürdüyü ittiham əsasında dələduzluğa görə məsuliyyətə cəlb oluna bilər.
Nyu-Yorkun baş prokuroru D.Trampın fəaliyyəti ilə bağlı araşdırmaya 2019-cu ildə başlayıb, 2022-ci ildə isə məhkəməyə müraciət edib.
Prokuror Trampın 250 milyon dollar cərimə edilməsini, həmçinin ona və oğullarına ailə biznesi olan “Trump Organization”u idarə etməsinə qadağa qoyulmasını istəyir.
D.Trampın məhkəmə prosesi oktyabrda başlayacaq.
Gundemxeber.az
19-12-2018, 21:22
5-11-2019, 14:41
4-02-2021, 09:23
24-07-2017, 23:23
3-10-2018, 12:55
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?