Gundemxeber.az xarici mediaya istinadən bildirir ki, Londonun “Qatvik” hava limanında uçuşların məhdudlaşdırılması qərara alınıb.
Buna səbəb aviadispetçerlərin yetərsiz sayda olmasıdır.
Ekonomik uçuşlar həyata keçirən “Ryanair” şirkəti isə bu qərara əməl etməyəcəyini bildirib.
“Qatvik” hava limanı COVID-19 da daxil olmaqla xəstəliklərin aviadispetçerlərin sağlamlıqlarında yaratdığı problemlər səbəbi ilə gündəlik uçuşları 800-ə qədər məhdudlaşdırmalı olacaq. Bununla bağlı bu həftə ərzində təxminən 164 reysin ləğvi gözlənilir.
“Ryanair” Böyük Britaniyanın Milli Hava Hərəkəti Xidmətinin (NATS) yaratdığı kadr çatışmazlığı probleminin “Qatvik” hava limanından reallaşdırdığı uçuşlara təsir etməyəcəyini deyib. İrlandiya hava yolu şirkəti NATS-ın daim az personal çalışdırdığını açıqlayıb və son dörd həftədə səfərlərin altı dəfə dayandırılmasından sonra bu məhdudiyyəti “rüsvayçılıq” kimi qiymətləndirib.
Qeyd edək ki, “Qatvik” hava limanı Londonun hövzə bölgəsində yerləşir və “Ryanair” bu hava limanından İrlandiya və Avropaya uçuşlar həyata keçirir.
“Ryanair”, həmçinin NATS-ın baş icraçı direktoru Martin Rolfedən işçi çatışmazlığını aradan qaldırmasını və ya istefa verməsini tələb edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?