Kaliforniyadan olan Respublikaçı Kevin Makkarti ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri vəzifəsindən uzaqlaşdırılıb.
GundemXeber.Az xarici mediaya istinadla bildirir ki, 216 konqresmen təşəbbüsün lehinə, 210-u əleyhinə çıxış edib.
Səsvermə prosedurunun təşəbbüskarı və qətnamənin müəllifi Makkartinin həmkarı - ABŞ Respublikaçılar Partiyasının sağ dairələrini təmsil edən konqresmen Mett Hetz (Florida ştatından) olub. O, bu sənədi bazar ertəsi axşam həmkarlarına təqdim edib.
Sağçıların fikrincə, Makkarti büdcə məsələlərinin müzakirəsində rəqib Demokratlara güzəştə gedib və bununla da Respublikaçıların etimadını sarsıdıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?