GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Arayik Arutyunyanı hansı cəza gözləyir? - Komitə üzvü AÇIQLADI

Arayik Arutyunyanı hansı cəza gözləyir? - Komitə üzvü AÇIQLADI

Tarix: 6-10-2023, 10:36 Bölmə :Dünya Baxış: 284

“Postmünaqişə dövrünün ən mühüm məsələləri sırasında müharibə canilərinin cinayət məsuliyyətinə cəlb edilməsi və cəzalandırılması xüsusi əhəmiyyət daşıyır. İkinci Dünya müharibəsindən sonra formalaşan hüquqi mexanizm çərçivəsində soyqırımı, müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlərin təqibi ilk növbədə milli səviyyədə həyata keçirilir”.

Bu barədə “Trend”ə açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov deyib.

O qeyd edib ki, hətta 1998-ci ilin iyun-iyul aylarında Roma diplomatik konfransında Beynəlxalq Cinayət Məhkəməsinin yaradılması bu qaydanı dəyişməyib. Çünki beynəlxalq birliyin narahatlığına səbəb olan cinayətlərin təqibinə görə əsas məsuliyyət dövlətdaxili hüquq sisteminin üzərinə düşür.

“Bu mənada Azərbaycan uzun illərdən bəri Qarabağ regionu və ölkəmizin digər yerlərində sülh və insanlığa qarşı cinayət törətmiş şəxslərin cəzalandırılması üzrə zəruri tədbirləri həyata keçirərkən, eyni zamanda, dövlətlərin dünya birliyi qarşısında duran qlobal miqyasda qanunun aliliyi prinsipinin təmin edilməsinə ciddi töhfə verir.

Separatist rejimin rəhbərlərindən olan, qondarma “Dağlıq Qarabağ Respublikasının prezidenti” və digər adlar altında ən ağır cinayətlər törədən Arayik Arutyunyanın məsuliyyətə cəlb edilməsi bir daha əyani formada təsdiq edir ki, Azərbaycan müharibə canilərinin cəzasızlığına heç bir halda imkan verməyəcək və bu mənada ölkəmizin hüquq-mühafizə sistemi ən yüksək səviyyədə fəaliyyətini həyata keçirir. Həbs edilən qatı caniyə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin bir sıra maddələri üzrə ittiham irəli sürülüb. Bunları şərti olaraq bir neçə kateqoriyaya bölmək olar:

Birincisi, beynəlxalq cinayətlər - təcavüzkar müharibəni planlaşdırma, hazırlama və ya başlama (maddə 100); silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma (maddə 116); silahlı münaqişə zamanı hərəkətsizlik etmə və ya cinayətkar əmr vermə (maddə 117);

İkincisi, ağır transmilli cinayətlər - terrorçuluq (maddə 214); terrorçuluğu maliyyələşdirmə (maddə 214-1); terrorçuluq məqsədi ilə təlim keçmə (maddə 214-3);

Üçüncüsü, ümumi cinayət xarakterli xüsusilə ağır cinayət əməlləri - qəsdən adamöldürmə (maddə 120); cinayətkar birlik (təşkilat) yaratma (maddə 218); qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma (maddə 279). Bu cinayət əməllərinə görə məsuliyyət müəyyən edən maddələrin sanksiyaları uzunmüddətli, yəni iyirmi ilədək müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetməni nəzərdə tutur”, - deyə o bildirib.

N.Səfərov, həmçinin əlavə edib ki, digər mühüm məsələ beynəlxalq cinayətlərə görə müddətlərin tətbiq edilməməsidir.

“Məlum olduğu kimi, BMT 26 noyabr 1968-ci ildə “Müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərə görə müddətlərin tətbiq edilməməsi haqqında” Konvensiya qəbul edib. Azərbaycan Respublikası həmin Konvensiyaya 1996-cı ildə qoşulub və onun tələblərini Cinayət Məcəlləsinin 75.5-ci maddəsində implementasiya edib. Həmin maddəyə əsasən, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş sülh və insanlıq əleyhinə, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və müharibə cinayətləri törətmiş şəxslərə bu maddənin müddəaları tətbiq olunmur. Ən yüksək beynəlxalq standartlara cavab verən milli cinayət qanunvericiliyi imkan verir ki, soyqırımı, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətləri, terrorçuluq və başqa ağır əməllər törədən heç bir şəxs cəzasız qalmasın”, - deyə o əlavə edib.


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • XİN Ballıqaya qətliamı ilə bağlı bəyanat yaydı

    XİN Ballıqaya qətliamı ilə bağlı bəyanat yaydı ...

    28-08-2020, 10:17

  • 
  • Prezident Milli Məclisin qəbul etdiyi qanun dəyişikliyinə etiraz etdi

    Prezident Milli Məclisin qəbul etdiyi qanun ...

    21-09-2017, 22:00

  • 
  • Hərbi Prokurorluq: İşğal nəticəsində Azərbaycana dəymiş maddi ziyan 818 milyard ABŞ dollarından çoxdur

    Hərbi Prokurorluq: İşğal nəticəsində Azərbaycana ...

    14-03-2018, 12:38

  • 
  • Ömər Əl-Bəşir Beynəlxalq Cinayət Məhkəməsinə təhvil veriləcək

    Ömər Əl-Bəşir Beynəlxalq Cinayət Məhkəməsinə ...

    12-02-2020, 12:31

  • 
  • İqtisadi cinayət törədənlərə həbs cəzası deyil, cərimələr kəsiləcək

    İqtisadi cinayət törədənlərə həbs cəzası deyil, ...

    21-07-2017, 13:47


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (479)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu