Gundemxeber.az » Dünya » Türkiyə ordusu Suriyanın şimalında 100-ə yaxın PKK obyektini məhv edib
Türkiyə ordusu Suriyanın şimalında keçirdiyi əməliyyat zamanı Kürdüstan Fəhlə Partiyasının (PKK) Ankaranın qadağan etdiyi 100-ə yaxın obyektini məhv edib.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, bununla bağlı 70-dən çox kürd yaraqlısı məhv edilib.
Şənbə günü Türkiyə Müdafiə Nazirliyi 58 terrorçunun məhv edildiyini bildirib. Hərbi idarə hələlik yeni hesabat yaymayıb.
Xatırladaq ki, Türkiyə Hərbi Hava Qüvvələri oktyabrın 6-da axşam saatlarında Suriyanın şimalında əməliyyat keçirib və bu əməliyyatın hədəfi PKK və onun Suriya qanadı olan “Xalq Özünümüdafiə Qüvvələri” olub. Reydə 30 döyüş təyyarəsi cəlb olunub. Əməliyyat 40-50 km dərinlikdə aparılıb, Tel-Rifaat, Cizirə və Derik bölgələrində PKK-ya məxsus silahlıların bazalarına, neft quyularına və neft anbarlarına hücumlar edilib.
Oktyabrın 1-də PKK-nın Daxili İşlər Nazirliyinin Ankaradakı qərargahına terror cəhdindən sonra Türkiyə Suriyanın şimalında və İraqda hava əməliyyatları həyata keçirir. Ankara BMT Nizamnaməsinin 51-ci maddəsindən irəli gələn özünümüdafiə hüququ əsasında hərəkət etdiyini bildirir.
Bundan əlavə, Türkiyə PKK-nı milli təhlükəsizliyə əsas təhdid hesab edir. Türkiyə ordusu İraq və Suriyada kürd yaraqlılarına qarşı vaxtaşırı əməliyyatlar keçirir və bölgədə böyük bir qoşun saxlayır.
Gundemxeber.az
15-10-2019, 11:06
10-06-2020, 14:15
14-10-2019, 13:59
4-03-2020, 12:41
24-01-2018, 22:06
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?