“İran rejimi bütün dünya üçün ciddi təhlükədir”.
Bu sözləri İsrailin BMT-dəki səfiri Gilad Erdan deyib.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
Gilad Erdan HƏMAS-a dəstəyini davam etdirdiyi üçün dünya ölkələrini İranı beynəlxalq dərəcədə hərbi təhdid etməyə çağırıb.
“Bu gün ayətullahlar rejimi tam olaraq İkinci Dünya müharibəsində Almaniyanın nasist rejiminə çevrilib. Dünya anlamalıdır ki, onları ciddi şəkildə hərbi təhdid etmək lazımdır, çünki bu rejim bütün dünya üçün ciddi təhlükədir”, - deyə o qeyd edib.
“Biz 100% əminik ki, İran İsrail ətrafında baş verən bütün terror aktlarında iştirak edir. İran Yaxın Şərqdəki və dünyanın digər bölgələrindəki proksi qüvvələrinə silahlı dəstək verir”, - deyə Gilad Erdan əlavə edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?