Gundemxeber.az » Dünya » Gürcüstan Konstitusiya Məhkəməsi Zurabişvilinin impiçmenti barədə vəsatəti təmin edib
Gundemxeber.az xarici emdiaya istinadla bildirir ki, Gürcüstanın Konstitusiya Məhkəməsi (KM) hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının konstitusiya təqdimatını təmin edib və respublika Prezidenti Salome Zurabişvilinin hökumətin icazəsi olmadan xarici səfərlərinə görə konstitusiyanı pozduğunu müəyyən edib. Məhkəmənin qərarını Konstitusiya Məhkəməsinin sədri Merab Turava canlı efirdə oxuyub.
“Gürcüstanın Konstitusiya Məhkəməsi müəyyən edib ki, Gürcüstan Prezidenti Salome Zurabişvili 2023-cü il avqustun 31-də, sentyabrın 1-də və 6-da xaricə işgüzar səfərlər zamanı beynəlxalq münasibətlər sahəsində nümayəndəlik hüquqlarını və səlahiyyətlərini hökumətin razılığı olmadan həyata keçirib. Gürcüstan prezidenti bununla da Gürcüstan Konstitusiyasının 52-ci maddəsinin 1-ci hissəsinin “a” yarımbəndini pozub”, - deyə Turava bildirib.
Gundemxeber.az
18-09-2023, 17:27
28-02-2019, 14:36
29-11-2018, 14:47
2-05-2019, 13:37
29-11-2018, 11:10
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?